Aİİ-dən vakant vəzifələr üzrə müsabiqə ELANI

Azərbaycan İlahiyyat İnstitutu vakant vəzifələr üzrə müsabiqə elan edib. SİA xəbər verir ki, müsabiqənin keçirilmə müddəti bir aydır. Müsahibə noyabrın 8-dən dekabrın 8-dək (hər iki tarix daxil olmaqla) davam edəcək.

Vakant yerlər aşağıdakılardır:

“İlahiyyat” fakültəsinə dekan;

“İslamşünaslıq”, “Dinşünaslıq” və “Dillər və ictimai fənlər” kafedralarına müdir;

Ərəb dili müəllimi - 0,5 yer;

Ərəb dili müəllimi - 1 yer;

Xarici dil (ingilis dili) müəllimi - 0.5 yer;

Xarici dil (ingilis dili) müəllimi - 0,5 yer;

Din fəlsəfəsi müəllimi - 0,5 yer;

Din fəlsəfəsi müəllimi - 0,5 yer;

Din sosiologiyası müəllimi - 1 yer;

Hədis, islam əxlaqı müəllimi - 0,5 yer;

Kəlam müəllimi - 0,5 yer.

Namizədlərin müvafiq ixtisasın profilinə uyğun peşə-ixtisas hazırlığı, elmi ad və elmi dərəcələri, ən azı, 5 il elmi-pedaqoji təcrübəsi olmalıdır. Sənədlər elan dərc olunduqdan sonra 1 ay müddətində qəbul edilir.

Qeyd edək ki, namizədlərin göstəriciləri vəzifənin tələblərinə uyğun gəlmədikdə və ya ərizənin verilmə müddəti ləngidikdə sənədlərin qəbulundan imtina olunur.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...