11-ci sinif şagirdləri sınağa çəkiləcək

“Növbəti tədris ilində də ali məktəbə qəbulla bağlı maksimal bal 700 olacaq. Lakin yeniliklərə uyğun olaraq abituriyentlər 300 balı buraxılış imtahanı, 400 balı isə qəbul imtahanı zamanı toplaya bilər”. SİA-nın xəbərinə görə, Bunu jurnalistlərə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.

Növbəti tədris ilində qəbul imtahanları ilə bağlı tətbiq ediləcək yeni modelin artıq 1 il öncə ictimaiyyətə təqdim edildiyini deyən DİM sədri söyləyib ki, yeniliklərlə əlaqədar geniş müzakirələr aparıldığını dilə gətirib: “Bildiyiniz kimi qəbul imtahanlarında hər bir istiqamət üzrə 5 fənn təqdim olunurdusa, yeni modeldə fənlərin sayı azaldılıb. Sualların tərkibində müəyyən dəyişikliklər olacaq. Bu ölkəmizdə tətbiq edilənkurikulum sistemindən irəli gəlir”.

Növbəti ildə həyata keçiriləcək qəbul imtahanlarında daha çox açıq suallardan istifadə ediləcəyini dilə gətirən M. Abbaszadə qeyd edib ki, burada təkcə biliyi yoxlayan deyil, kompetensiyanı ölçən suallar tərtib olunacaq: “Biz belə bir nümunəvi imtahanı ötən il yazda keçirmişik. Bu imtahan 10-ci sinfin proqramına əsaslanmışdı. Bu ilin oktyabr ayının sonu və ya noyabrın əvvəllərində növbəti sınaq imtahanı keçiriləcək. Hazırda 11-ci sinif şagirdləri proqramı tam şəkildə mənimsəmədikləri üçün bu imtahanda da suallar 10-cu sinfin proqramına uyğun şəkildə tərtib olunacaq”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə