BANM-ın “Foundation” tələbələrindən maraqlı faktlar

Bu il I qrupun dörd ixtisası üzrə 179 nəfər Bakı Ali Neft Məktəbinə (BANM) qəbul olaraq “BANM-ın tələbəsi” adını qazanmağa müvəffəq olub. Ali Məktəbdən SIA-ya verilən məlumata görə, qəbul olan tələbələr arasında 10 nəfər orta məktəbi qızıl medalla bitirib. 121 nəfər isə öz orta məktəbindən fərqlənmə ilə məzun olub. Bu ötən illə müqayisədə 5 dəfə, Ali Məktəbə ilk qəbul ili ilə müqayisədə isə 20 dəfə çoxdur.

Bu statistika BANM-a daxil olan tələbələrin bilik göstəricilərinin ilbəil artımından xəbər verir. Ali Məktəbi intellektual səviyyəsi yüksək olan abituritentlərin seçməsi, çox güman ki, BANM-a qəbul üçün keçid ballarının yüksək olmasına birbaşa təsir etmiş olur.

Xatırladaq ki, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən I ixtisas qrupu üzrə keçirilən qəbul imtahanlarında BANM-ın “İnformasiya təhlükəsizliyi” ixtisası üzrə orta bal 695 (ödənişli – 664), “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə orta bal 691 (ödənişli – 664), “Neft-qaz mühəndisliyi” ixtisası üzrə orta bal 677 (ödənişli – 654), “Kimya mühəndisliyi” ixtisası üzrə orta bal isə 673 (ödənişli – 659) olmuşdur.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...