Qeydiyyat şənbə və bazar günləri də aparılacaq

Azərbaycan Respublikası ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlərin qeydiyyatı şənbə və bazar günləri daxil olmaqla avqustun 28-dək aparılacaq. Dövlət İmtahan Mərkəzindən (DİM) SİA-ya bildiriblər ki, abituriyentlər avqustun 28‑dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. DİM Direktorlar Şurasının qərarına əsasən, avqustun 22-23-nün qeyri-iş günləri olduğu nəzərə alınaraq, bakalavriat səviyyəsinə qəbul olunan abituriyentlərin qeydiyyatını aparan komissiyaların avqustun 25-26-da (şənbə və bazar günləri) da fəaliyyət göstərməsi təmin ediləcək.

Abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olduqları ali təhsil müəssisəsindən öyrənə bilərlər.

Abituriyentin bu müddətdə təhsil müəssisəsində qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə