Bu il orta məktəbi 185 nəfər qızıl medalla bitirib

2017/2018-ci tədris ilində Azərbaycanda 223 nəfər orta məktəbi qızıl və gümüş medalla başa vurub. SİA-nın məlumatına görə, təhsil naziri Ceyhun Bayramov Nazirlər Kabinetinin 2010-cu il 14 yanvar tarixli 8 nömrəli qərarı ilə təsdiq olunmuş “Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş medalla təltif olunma Qaydası”nı, Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilmiş tam orta təhsil səviyyəsi üzrə yekun attestasiyanın nəticələrini nəzərə alaraq həmin məzunların qızıl və gümüş medallarla təltif edilməsi haqqında əmr verib.

2017-2018-ci tədris ilində orta məktəbi 185 nəfər qızıl, 38 nəfər gümüş medalla bitirib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...