Ali məktəblərə ixtisas seçiminin vaxtı uzadılıb

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq üçün tələb olunan müsabiqə şərtini ödəyən abituriyentlərin ixtisas seçiminin vaxtı 14 avqust saat 10:00-dək uzadılıb. Dövlət İmtahan Mərkəzindən (DİM) verilən məlumata görə, 13 avqust saat 16:55-ə olan məlumata görə 44558 abituriyent qəbul olmaq istədiyi ixtisasları öz elektron ərizəsinə daxil edərək təsdiqləyib. 200 abituriyent isə ixtisasları qeyd etməsinə baxmayaraq, elektron ərizəsini təsdiq etməyib.

İxtisasları seçib hələ təsdiq etməyən, eləcə də müsabiqədə iştirak etmək istəyən, lakin hələ ixtisas seçimi etməmiş digər abituriyentlərə tövsiyə olunur ki, qeyd olunan tarixədək ərizələrini təsdiq etsinlər. Müsabiqəyə yalnız müəyyən edilmiş vaxt ərzində "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"ndə ixtisasları seçmiş və təsdiq etmiş abituriyentlər buraxılacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə