“Abituriyent məsləhət mərkəzləri” növbəti günlərdə də fəaliyyət göstərəcək

Ödənişsiz əsaslarla fəaliyyət göstərən “Abituriyent məsləhət mərkəzləri” abituriyentlərə ixtisas seçimində kömək məqsədilə işlərini avqustun 11-də və 12-də davam etdirəcək. Mərkəzlər qeyd olunan tarixlərdə saat 10:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzinin (DİM) regional bölmələrində, həmçinin Azərbaycan Universiteti və Qərbi Kaspi Universitetinin əsas binasında fəaliyyət göstərəcək.

DİM-dən SİA-ya verilən xəbərə göröə, mərkəzlərdə xüsusi treninq keçmiş əməkdaşlar ixtisas seçimi edənlərə “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma və təsdiq edilməsi qaydaları, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli vacib məsələlər və s. haqqında ödənişsiz kömək göstərirlər.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə