Həm sınaq, həm də qəbul imtahanında 700 bal topladı

Dövlət İmtahan Mərkəzi 1-ci və 4-cü ixtisas qrupları üzrə iyulun 18-də keçirdiyi qəbul imtahanlarının nəticələrini açıqlayıb. Ali məktəbə qəbul olmaq üçün imtahan verənlərin 15 nəfəri maksimum nəticə - 700 bal toplayıb. Onların arasında ''Kaspi" Təhsil Şirkətinin də 1 abituriyenti var. SİA-nın məlumatına görə, onlar əzmkarlıqları sayəsində qarşılarına qoyduqları hədəfə çatdılar -700 bal toplayaraq maksimum nəticə göstərdilər.

I ixtisas qrupu üzrə 11, IV ixtisas qrupu üzrə isə 4 abituriyent onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib. 700 bal toplayan abituriyentlərdən biri Kaspi Təhsil Mərkəzinin şagirdi, 4-cü ixtisas qrupu üzrə hazırlaşan Nərmin Balakişiyevadır. O, bu uğurunu valideynlərinə və müəllimlərinə borclu olduğunu deyir.

Nərmin söyləyir ki, yüksək nəticə əldə etmək üçün 11 il yaxşı oxumaq lazımdır. Onun bu uğuruna sözsüz ki, ən çox valideynləri və müəllimləri sevinib.

Qeyd edək ki, Nərmin Balakişiyevanın qardaşı da Kaspi Təhsil Şirkətinin Əhmədli qəsəbəsində yerləşən ''Kaspi Abituriyent'' filialında universitetə hazırlaşıb və 685 bal toplayaraq ali məktəbə qəbul olub.

Azər Zeynallı isə 1-ci ixtisas qrupu üzrə ən yüksək nəticəni göstərib. Bakı şəhəri 109 saylı tam orta məktəbin məzunu olan Azər Zeynallı may ayında keçirilən qəbul imtahanında 668 bal toplayıb. Ancaq elə aşağı siniflərdən onun məqsədi 700 bal toplamaq olub.

Goranboy rayonunun Səfikürd kənd sakini Kənan Məmmədli də 1-ci ixtisas qrupu üzrə keçirilən qəbul imtahanında maksimal nəticə əldə edərək, 700 bal toplayıb. O, bu nəticəni 1 dəfə sınaq imtahanında da göstərdiyini deyir.

Qeyd edək ki, iyulun 18-də keçirilən qəbul imtahanında iştirak etmək üçün ümumilikdə 26 min 332 abituriyent sənəd verib.

Bütün xəbərlər Facebook səhifəmizdə