Azərbaycan beynəlxalq olimpiadada təmsil olunacaq

15-22 iyul 2018-ci il tarixlərində İranın paytaxtı Tehran şəhərində 29-cu Beynəlxalq Biologiya Olimpiadası (IBO 2018) keçiriləcək. SİA-nın xəbərinə görə, ölkəmizi bu olimpiadada 4 nəfər şagird təmsil edəcək.

Dünyanın 70 ölkəsindən 280 məktəblinin iştirakı gözlənilən IBO 2018-də şagirdlər nəzəri və praktik turlarda yarışacaqlar.

Beynəlxalq Biologiya Olimpiadasında şagirdlərimiz bu günədək 3 qızıl, 6 gümüş və 11 bürünc olmaqla, ümumilikdə 20 medal qazanıblar.

Beynəlxalq Biologiya Olimpiadası ilk dəfə 1990-cı ildə Çexiyada (Çexoslovakiya) 6 ölkədən olan 22 məktəblinin iştirakı ilə keçirilib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə