Şotland qəzeti BANM-ın məzunlarının adlarını dərc etdi

Məşhur gündəlik Şotland qəzeti olan “The Scotsman”-ın (“Şotlandiyalı”) oxucuları Bakı Ali Neft Məktəbini (BANM) bu il bitirən məzunların adlarını bilmək imkanı əldə ediblər. BANM-dan SİA-ya verilən məlumata görə, Şotlandiyanın müxtəlif universitetlərində diplomların təqdimolunma mərasiminə həsr edilmiş qəzetin “Perspektivlər” bölməsində BANM ilə əməkdaşlıq edən Heriot Vatt Universitetinin (HVU) 2018-ci il məzunlarının da siyahısı dərc olunub. Onların arasında HVU-nin “Neft-qaz mühəndisliyi” və “Kimya mühəndisliyi” ixtisası üzrə bakalavr dərəcəsinin diplomunu əldə edən 80-dən çox BANM tələbəsinin adları vardır. Qeyd edək ki, azərbaycanlı məzunlara Böyük Britaniya universitetinin diplomlarının təntənəli təqdim olunma mərasimi 28 İyun BANM-ın Məzun Günündə həyata keçirilib.

“The Scotsman” qəzeti 1817-ci ildə Şotlandiyanın Edinburq şəhərində fəaliyyətə başlayıb. 1988-ci ildə qəzet Böyük Britaniyada daim yenilənən xəbər saytı yaradan ilk periodik nəşrlərdən biri olub. 2012-ci ildə isə qəzet ilin qəzeti olaraq “Scottish Press Award” mükafatına layiq görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə