Nazir müavini: "Buraxılış imtahanlarının nəticələri 4.75 faiz yaxşılaşıb"

"Hazırda buraxılış imtahanlarının nəticələrinə dair təhlil prosesinə başlanılıb". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında təhsil nazirinin müavini, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Məhəbbət Vəliyeva deyib.

O bildirib ki, ümumilikdə əvvəlki tədris ili ilə müqayisədə 2017/2018-ci il tədris ilində daha yaxşı nəticələr əldə edilib.

M.Vəliyeva qeyd edib ki, yola salınan tədris ilində IX sinif şagirdlərinin buraxılış imtahanlarının nəticələri 4.75 faiz yaxşılaşıb. Nazir müavini vurğulayıb ki, növbəti tədris ilində əsas hədəf istiqaməti müəllimlərin gündəlik dərslərdə səriştəli əsaslanan bilik bacarıqlarının verilməsi istiqamətində tədbirlərlərin görülməsi olacaq.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə