Təhsil Nazirliyinin 2017-ci ildə gördüyü işlərə həsr olunmuş hesabat tədbiri keçirilir. SİA-nın xəbərinə görə, tədbirdə Baş nazirin müavini Əli Əhmədov, Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, AMEA-nın prezidenti Akif Əlizadə, vergilər naziri Mikayıl Cabbarov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, dövlət qurumlarının rəhbərləri, millət vəkilləri, ali məktəblərin rektorları, media kapitanları və QHT təmsilçiləri iştirak edirlər.
Tədbirdə Təhsil Nazirliyinin ötən ilki fəaliyyəti ilə bağlı video-çarx təqdim olunub.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə