Magistraturaya qəbul olmaq istəyənlərin nəzərinə!

2018/2019-cu tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olmaq üçün ixtisaslaşma seçimi müddəti iyunun 20-si saat 10:00-dək uzadılıb.

Dövlət İmtahan Mərkəzindən SİA-ya verilən məlumata görə, ixtisaslaşmaları seçib hələ təsdiq etməyən, eləcə də müsabiqədə iştirak etmək istəyən, lakin hələ ixtisaslaşma seçimi etməmiş digər bakalavrlara tövsiyə olunur ki, qeyd olunan müddətdə ərizələrini təsdiq etsinlər.

Müsabiqəyə yalnız müəyyən edilmiş vaxt ərzində "Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi"ndəixtisaslaşmaları seçmiş və təsdiq etmiş bakalavrlar buraxılacaqlar.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...