Beynəlxalq müsabiqəyə start verilib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) Beynəlxalq ActInSpace müsabiqəsinə start verilib. Paytaxtın 6 ali təhsil müəssisəsindən 105 tələbənin iştirak etdiyi 24 saatlıq hakaton 5 qitədə, dünyanın 40-də eyni vaxtda başlanıb. Bakıda UFAZ-ın ev sahibliyi ilə keçirilən müsabiqənin açılışında UFAZ-ın baş katibi Şarlotta Payen iştirakçı komandalara yarışın şərtləri və qaydalar barədə təlimat verib. Açılışdan sonra müsabiqəyə start verilib və hər bir iştirakçı komanda onlara təqdim olunan startap ideyalar ətrafında fikir mübadiləsi və təqdimatlara hazırlıq prosesinə başlayıb.

Qeyd edək ki, kosmik proqramlara həsr olunan beynəlxalq müsabiqə mayın 26-da başa çatacaq. Bakıdan müxtəlif universitetlərdən olan 24 komandanın iştirak etdiyi bu unikal yarışmada qalib gələn komanda iyunun 27-i Azərbaycanı beynəlxalq final mərhələsində təmsil etmək üçün Fransanın Tuluza şəhərinə göndəriləcək.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə