Bakıda bir sıra məktəblərin əsaslı təmiri və tikintisinə start verilir

Bu gündən Bakıda bir sıra məktəblərin əsaslı təmiri və tikintisinə start verilir. SİA-nın məlumatına görə, təmir və tikinti işləri Prezident İlham Əliyevin ötən gün imzaladığı sərəncama əsasən aparılacaq.

Bakı şəhəri və qəsəbələrindəki bir sıra ümumi təhsil müəssisələrinin əsaslı təmiri və tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncama əsasən, Binəqədi rayonu üzrə 179 və 300, Qaradağ rayonu üzrə 223, Sabunçu rayonu üzrə 78, 187, 192, 198 və 295 nömrəli tam orta məktəblərinin, Nərimanov rayonu Humanitar Fənlər Gimnaziyasının və Suraxanı rayonu Xarici Dillər Təmayüllü Gimnaziyanın əsaslı təmiri və bərpası nəzərdə tutulur.

Bu məqsədlə dövlət büdcəsindən 40 milyon manat vəsait ayrılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə