Mayın 22-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Ukraynanın Yuri Kondratyuk adına Poltava Milli Texniki Universitetinin rektoru Vladimir Onişenkonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Universitetdən SİA-ya verilən xəbərə görə, ADNSU-da son vaxtlar həyata keçirilən islahatlardan danışan rektor, professor Mustafa Babanlı universitetin tədris prosesi, beynəlxalq əlaqələri, startap layihələri və s. haqqında məlumat verib. ADNSU-nun beş ixtisasının FİBAA tərəfindən Avropa Standartlarına uyğun sayılaraq beş il müddətinə akkreditasiya olunduğunu diqqətə çatdıran rektor M.Babanlı bu istiqamətdə işlərin davam etdiyini vurğulayıb.

Səmimi qəbula görə rektor M.Babanlıya minnətdarlığını bildirən Yuri Kondratyuk adına Poltava Milli Texniki Universitetin rektoru Vladimir Onişenko iki ali məktəb arasındakı əməkdaşlıq əlaqələrinin bundan sonra da inkişaf etdirilməsində maraqlı olduğunu qeyd edib.

Görüşdə həmçinin birgə kadr hazırlığı, tələbə mübadiləsi və digər mövzularda müzakirələr aparılıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə