Məktəblilər sığorta mövzusunda maarifləndirilir

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 57 nömrəli tam orta məktəbin ibtidai sinif şagirdlərinə sığorta məsələləri ilə bağlı təlimlər keçirilir.

Təhsil İdarəsindən SİA-ya verilən məlumata görə, "Məktəblinin dostu" layihəsi çərçivəsində reallaşdırılan təlimlərin əsas məqsədi şagirdləri sığorta hadisələri baş verdikdə həyata keçirilən tədbirlərlə bağlı maarifləndirmək və sığorta məsələləri barədə onlara ilkin məlumatlar vermək ibarətdir.

"Sığorta anlayışı və sığorta növləri" adlı maarifləndirici təlimlərdə şagirdlərə tibbi sığorta, mənzil sığortası, avtomobil sığortası anlayışları izah edilir və sığorta prosesinin sənədləşmə qaydaları interaktiv və əyləncəli formada təqdim olunur. Təlimin sonunda şagirdləri maraqlandıran suallar cavablandırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...