Təhsil işçilərinin məzuniyyəti ilə bağlı qanuna dəyişiklik edildi

Milli Məclisin bu gün keçirilən iclasında Əmək Məcəlləsinə dəyişiklik müzakirə olunub. SİA-nın xəbərinə görə, qanun layihəsində bəzi təhsil işçilərinə əmək məzuniyyətinin verilməsi ilə bağlı dəyişiklik edilməsi təklif olunub.

Dəyişikliyə əsasən uşaq tərbiyə müəssisələrinin rəhbər işçilərinə, tərbiyəçilərinə, musiqi rəhbərlərinə, praktik psixoloqlara, metodistlərə, defektoloqlara, loqopedlərə, musiqi rəhbərlərinə, psixoloqlara əmək məzuniyyəti 42 təqvim günü müddətində verilməlidir.

Qeyd edək ki, məcəllənin hazırkı variantına görə, uşaq evlərinin, məktəbəqədər uşaq tərbiyə müəssisələrinin rəhbər işçilərinə, tərbiyəçilərinə, musiqi rəhbərlərinə, praktik psixoloqlara əmək məzuniyyəti 42 təqvim günü müddətində verilir.

Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq qəbul olunub.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə