Azərbaycanda məktəbəqədər təhsil 1 yaşından başlayacaq

Milli Məclisdə “Təhsil haqqında” qanuna dəyişiklik müzakirə olunub. SİA-nın xəbərinə görə, qanun layihəsi haqqında məlumat verən Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri İsa Həbibbəyli söyləyib ki, qanuna təklif edilən dəyişiklikdə Azərbaycanda uşaqların məktəbəqədər təhsil müəssisələrinə 3 yaşından verilməsi ilə bağlı müddəanın dəyişdirilməsi, bunun əvəvzinə uşaqların 1 yaşından məktəbəqədər təhsil müəssisələrinə cəlb edilməsi nəzərdə tutulub.

Onun sözlərinə görə, “Təhsil haqqında” qanununun mövcud variantına əsasən, məktəbəqədər təhsil 3 yaşından başlayır: “Amma uşağı 3 yaşından məktəbəqədər müəssisəyə cəlb etmək bir qədər gecdir. Əhalinin real tələbatını ödəmək başlamaq məqsədilə “Məktəbəqədər qədər təhsil haqqında” qanunda məktəbəqədər təhsilin 1 yaşından başlanılmasına qərara alınıb. Dünyada hətta 2, 3 aylıqdan uşaqların bağçalara verilməsi faktı var. Amma Azərbaycanda reallıq budur ki, uşaq 1 il ana tərbiyəsi almalıdır. Biz “Təhsil haqqında” qanunda da uşaqların 1 yaşından bağçaya verilməsi ilə bağlı dəyişikliklərin edilməsini təklif edirik”.

Qanun layihəsi müzakirələrdən sonra qəbul olunub.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə