Məktəblilər beynəlxalq turnirdən uğurlarla qayıdıblar

Bakı məktəbliləri Gürcüstanda keçirilən güləş üzrə beynəlxalq yarışda fəxri kürsünün yüksək pillələrində yer alıblar. İdarədən SİA-ya verilən məlumata görə, belə ki, yarışda 212 nömrəli tam orta məktəbin şagirdi Qüdrət Şıxəlizadə I, 191 nömrəli tam orta məktəbin şagirdi Emil İsgəndərov II, 65 nömrəli tam orta məktəbin şagirdi Ramal Əliyev, 171 nömrəli tam orta məktəbin şagirdi Raşxan Quluzadə və 251 nömrəli tam orta məktəbin şagirdi Əkbər Musayev isə III yerə layiq görülüb.

Qaliblər medal, diplom və kubokla təltif olunublar.

Qeyd edək ki, yarışda 191 nömrəli tam orta məktəbin şagirdi Emil İsgəndərov erməni rəqibini məğlub edərək gümüş medal və diplomla mükafatlandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə