Bakalavriat səviyyəsində qəbul planı 5,37 faiz artıb RƏSMİ AÇIQLAMA

"2017-2018-ci tədris ili üçün bakalavr səviyyəsi üzrə qəbul planı bu yaxınlarda "Abituriyent 4" jurnalında dərc olunacaq. Bu il bakalavr səviyyəsi üzrə qəbul planı təxminən 2303 yer (5,37 %) artaraq 45 159 yer ayrılıb". SİA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, heç bir ixtisas qrupu üzrə qəbul planında azalma yoxdur. DİM Direktorlar Şurasının sədrinin sözlərinə görə, ixtisas qrupları üzrə artım müxtəlifdir: "I ixtisas qrupunda 4 %, II qrupda 3,5 %, III qrupda 9 %, V qrupda isə 8 % artıb. Qəbul planında dövlət sifarişli yerlər üzrə sayı 1,3 % artım. Bu da keçən illə müqayisədə 32 yer artım deməkdir. Müxtəlif artma o demək deyil ki, bütün universitetlərdə plan yerlərinin sayı artıb. Misal olaraq, Azərbaycan Tibb Universitetində plan yerlərinin 26 % azalıb. Müəyyən universitetlərdə isə yeni ixtisaslar açılaraq plan yerlərinin sayı artıb".

M.Abbaszadə qeyd edib ki, 9 illik bazadan kolleclərə qəbul planı 5 % (572 yer) azalıb, 11 illik orta təhsil bazadan isə qəbul planı ötən ilə nisbətən 21 % artıb:" 11 illik bazadan kolleclərə qəbul planı 9 687 yerdir. Keçən il isə bu rəqəm 8004 idi. Təxminən 1683 yer artıb"

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə