Paytaxt məktəblisi Gürcüstanda keçirilən beynəlxalq müsabiqədə I yerə layiq görülüb. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 14 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Səid Rəsulov gənc musiqi ifaçılarının Yevgeni Mikeladze adına beynəlxalq müsabiqəsində truba orkestr alətində ifasına görə diplomla təltif olunub. İdarənin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, artıq üç ildir ki, keçirilən müsabiqənin münsiflər heyəti qismində hər iki ölkənin tanınmış musiqişünasları çıxış ediblər.

Qeyd edək ki, S.Rəsulov 8 ildir truba musiqi alətini ifa edir. Bu müddət ərzində məktəbli həm ölkə, həm də beynəlxalq səviyyəli yarışlara qatılaraq yüksək nailiyyətlər əldə edib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə