Akif Əlizadə: "Azərbaycan elmi bu gün dünyada öz sözünü deməyə qadirdir"

"Azərbaycanda son illərdə elmin inkişafı üçün dövlət tərəfindən bir çox işlər görülüb". SİA-nın məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə deyib.

Azərbaycan elminin bu gün dünyada öz sözünü deməyə qadir olduğunu dilə gətirən A. Əlizadə söyləyib ki, elm və təhsil vəhdətdə olmasa, inkişaf olmaz: "Sovet dövründə elm və təhsilin bir-birindən ayrılması gənclər üçün çox mənfi fəsadlar yaratdı.Bu gün elm və təhsilin vəhdətini həyat özü tələb edir. Inkişaf üçün yeganə yol təhsilin elmə inteqrasiyasıdır.Biz bu istiqamətdə işlər aparırıq".

A.Əlizadə əlavə edib ki, 3 il əvvəl AMEA-da ilk dəfə olaraq, magistraturaya qəbul olunmuş 18 nəfərdən 17-si bu il doktoranturaya qəbul imtahanı verir.

Akademik bunu təhsillə elmin inteqrasiyasının ən yaxşı göstəricisi saydığını da açıqlayıb .

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə