Bu universitetdə DİM-in "Abituriyent Məsləhət Mərkəzi” yaradılıb ABİTURİYENTLƏRİN NƏZƏRİNƏ

Qərbi Kaspi Universitetində Dövlət İmtahan Mərkəzinin "Abituriyent Məsləhət Mərkəzi” fəaliyyət göstərir. Ötən həftədən etibarən fəaliyyətə başlamış Məsləhət mərkəzində xüsusi treninq keçmiş əməkdaşlar abituriyentlərə tələbə qəbulu qaydaları, ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu, "Abituriyentin elektron ərizəsi”nin doldurulma və təsdiq edilməsi qaydası və bu zaman qarşıya çıxa biləcək texniki problemlərin həlli, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan məsələlər və s. haqqında ödənişsiz köməklik göstərirlər.

Abituriyentlər onları maraqlandıran bütün suallarla bağlı "Abituriyent Məsləhət Mərkəzinə” müraciət edə bilərlər. Mərkəzlər universitetin aşağıdakı ünvanlardakı korpuslarında yerləşir:

Əsas bina Azərbaycan, Bakı, İstiqlaliyyət 27;

Dizayn və Memarlıq Məktəbi Nazim Hacıyev 6;

Yüksək texnologiyalar və innovativ mühəndislik məktəbi, Biznes Məktəbi və İqtisadiyyat Məktəbi Əhməd Rəcəbli 3;

Qərbi Kaspi Universitetinin Kolleci Cəfər Xəndan küç. 15 B. Əlavə məlumat üçün: 012 4926163

Bütün xəbərlər Facebook səhifəmizdə