BDU-nun tələbələri riyaziyyat üzrə bilik yarışında qalib gəliblər

Bakı Dövlət Universitetində (BDU) Təhsil Nazirliyinin “SABAH” qrupları layihəsi çərçivəsində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş riyaziyyat üzrə bilik yarışının final mərhələsi başa çatıb.

BDU-dan bildiriblər ki, bilik yarışı 8 ali təhsil müəssisəsini əhatə edib. Yarışlar riyaziyyat üzrə Bakı Dövlət Universitetində, müəllimlik üzrə Azərbaycan Dövlət Pedaqoji Universitetində, informasiya texnologiyaları üzrə Azərbaycan Texniki Universitetində keçirilib.

Yarışın birinci mərhələsinin nəticələrinə əsasən, 300-dən çox tələbə ikinci mərhələdə iştirak etmək hüququ qazanıb. İkinci mərhələnin sonunda birinci mərhələni uğurla keçənlərə sertifikatlar verilib və final mərhələyə keçənlər müəyyənləşdirilib.

Yazılı şəkildə aparılan final mərhələsində qaliblər müəyyən olunub. Birinci, ikinci və üçüncü yerlərə BDU-nun tələbələri layiq görülüblər. Birinci və ikinci yerləri riyaziyyat müəllimliyi ixtisasının tələbələri Süleyman Bağırov və Aytac Nəbiyeva, üçüncü yeri isə Əfsanə Rzazadə tutub.

Bütün xəbərlər Facebook səhifəmizdə