Dövlət bayrağına həsr olunmuş mühazirələr davam edir

Bakı məktəblərində “Dövlət bayrağının tarixi” mövzusunda səyyar mühazirələr davam edir. Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin birgə təşkilatçılığı ilə mühazirələrin keçirilməsində məqsəd məktəbliləri milli-mənəvi dəyərlərə, dövlət atributlarına hörmət və Vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik hissini yüksəltməkdən ibarətdir. İdarənin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, səyyar mühazirələrdə şagirdlərə Azərbaycan Respublikasının Prezidenti tərəfindən elan olunmuş “Azərbaycan Xalq Cümhuriyyəti İli”, bayrağımızın günümüzə qədər keçdiyi tarixi yol və Azərbaycanın dövlət atributları haqqında məlumat verilir, müvafiq tarixi günlərin əhəmiyyəti vurğulanır. Eləcə də, şagirdlər bayrağımıza həsr olunmuş şeirlər səsləndirir, Azərbaycanın dövlət atributları ilə bağlı fikirlərini bölüşürlər.

Qeyd edək ki, mühazirələrin aprel və may aylarında da davam etdirilməsi nəzərdə tutulur. İndiyədək BŞTİ-nin tabeliyindəki 200-dək ümumi təhsil məktəbində “Dövlət bayrağının tarixi” mövzusunda səyyar mühazirələr təşkil olunub.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...