213 paytaxt məktəblisi olimpiadanın final mərhələsində

Respublika fənn olimpiadalarının final mərhələsində 213 Bakı məktəblisi iştirak etmək hüququ qazanıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələrindən Azərbaycan dili və ədəbiyyat fənni üzrə 16, riyaziyyat fənni üzrə 9, fizika fənni üzrə 7, kimya fənni üzrə 7, biologiya fənni üzrə 12, coğrafiya fənni üzrə 74, tarix fənni üzrə 16 və informatika fənni üzrə 72 şagird bilik yarışının final mərhələsində qalibiyyət uğrunda mübarizə aparacaq. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən SİA-ya verilən xəbərə görə, olimpiadanın yarımfinal turunun nəticələri barədə məlumatı şagirdlər təhsil aldıqları məktəblərdən və ya www.olimpiada.edu.az elektron ünvanından əldə edə bilərlər.

“Respublika fənn olimpiadalarının təşkili və keçirilməsi qaydaları”na əsasən, olimpiadaların respublika mərhəsinin final turuna müvafiq fənn və sinif üzrə ən yaxşı nəticə göstərən 20 şagird ( coğrafiya və informatika fənni istisna olmaqla) və siyahı üzrə 20-ci şəxslə eyni bal toplayan məktəblilər dəvət olunurlar.

Qeyd edək ki, Respublika fənn olimpiadalarının final turunda iştirak hüququ qazanan şagirdlər 23-27 aprel 2018-ci il tarixlərindəwww.olimpiada.edu.az saytında qeydiyyatdan keçməlidirlər.

Respublika fənn olimpiadalarının final turu 4-6 may 2018-ci il tarixlərində Bakı şəhərində keçiriləcək.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə