Qərbi Kaspi Universitetinin tələləbəsinin layihəsi beynəlxalq müsabiqənin finalında

Qərbi Kaspi Universiteti Texnoparkında işlənən “Vooby” startap layihəsi Türkiyədə keçirilən beynəlxalq müsabiqədə final mərhələsinə vəsiqə qazanıb.

Qərbi Kaspi Universiteti Texnoparkınının Biznes-İnkubasiya Mərkəzində fəaliyyət göstərən üzvlərindən ikisi məktəbli olan, tələbəmiz Azər Nemanlının rəhbərlik etdiyi komandanın işlədiyi Vooby startap layihəsi İstanbul şəhərində keçirilən “İcatmakinesi” müsabiqəsində final mərhələsinə keçib.

(http://icatmakinesi.com/sonuc/teknoloji.html)

Qeyd edək ki, bu platforma insanların heç bir ödəniş etmədən öyrənmək istədiyi dili danışan başqa bir insanla onlayn olaraq qarşılıqlı şəkildə dil öyrənə bilməsini təmin etməyi nəzərdə tutur.

Layihə rəhbəri bildirib ki, bu platforma xarici dilləri öyrənmək istəyən insanları online olaraq bir araya gətirir, ünsiyyət isə səsli və görüntülü ola bilər. Əlavə olaraq layihə dərsliklərlə təchiz olunub: "Bu dərsliklər sayəsində dil öyrənmə daha da asanlaşır. Birisi öyrəndiyi dildə hansısa cümlə və ya sözü bilmədikdə bunu başqalarından soruşa bilər. Sadəcə, öyrənmək istədiyini hesabında paylaşmağı kifayət edir. Əsas üstünlük platformanın tam pulsuz şəkildə istifadəyə verilməsidir. Mobil tətbiqi yükləyərək heç bir çətinlik çəkmədən istifadə etmək mümkündür”.

Qeyd edək ki, bu layihə bu yaxınlarda Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elektron Təhsil Respublika Müsabiqəsində birinci yerə layiq görülmüşdü.

Bütün xəbərlər Facebook səhifəmizdə