Azərbaycanlı professorun rəyi Çin mətbuatında

Çin Xalq Respublikasının “Sinxua” Dövlət İnformasiya agentliyində “Diqqət mərkəzində: Çində konstitusion dəyişiklik inkişaf və sülh üçün vacib hesab edilir” adlı analitik material yayımlanıb. ADU-dan SİA-ya verilən məlumata görə, material ÇXR-in sədri Si Çzinpinin yeni dövrdə sosializmin Çin modeli ideyası əsasında Ümumçin Xalq Nümayəndələrinin illik sessiyasında ÇXR konstitusiyasının preambulasına daxil edilib. Məqalədə Rusiya, Yaponiya, Fransa politoloqları və ekspertlərinin şərhləri ilə yanaşı, ADU-nun professoru Rafiq Abbasovun da mövqeyi yer alıb. Rafiq Abbasov qeyd edib ki, ÇXR-in konstitutsiyasının preambulasında edilmiş dəyişiklik dövlət idarəçiliyinin təşkilati prinsiplərinin müasir tələblərə uyğunlaşdırılmasında mühüm addımdır.

Bildirib ki, Çində mütəmadi olaraq həyata keçirilən institusional islahatlar Çin Kommunist Partiyasının idarəetmədəki aparıcı rolunu daha da gücləndirir və onun rəhbərliyi altında Çin xalqı Çin modelli sosializm quruculuğunun təkmilləşməsinə istiqamətlənmiş siyasi inkişaf yolunda irəliləyir.

Bütün xəbərlər Facebook səhifəmizdə