ADU tələbələri gürcü dilini öyrənir FOTO

Gürcüstanın Qafqaz Universitetinin professoru M.Mançgaladze Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdullanın təşəbbüsü ilə fevralın 26-dan martın 8-nə kimi ADU-nun Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin Qafqazşünaslıq ixtisası üzrə təhsil alan tələbələrinə “Gürcüstanşünaslığa giriş” fənni üzrə dərslər keçib.

ADU-dan SİA-ya verilən məlumata görə, dərslərdə fakültənin I, II və III kurs tələbələri iştirak edib. Dərslərin keçirildiyi müddət ərzində tələbələr gürcü əlifbasını və cümlələr qurmağı öyrəniblər.

M.Mançgaladze dərsləri həftədə bir dəfə “Skype” vasitəsi ilə davam etdirmək niyyətindədir.

Qeyd edək ki, professor M.Mançgaladze xaricilərə gürcü dili fənni tədris edən peşəkar mütəxəssislərdən biridir. O, uzun müddət Türkiyədə, Litvada bu istiqamət üzrə çalışıb və böyük təcrübəyə malikdir. M.Mançgaladze gürcü dilinin xaricilərə tədrisi üçün elektron dərsliklər müəllifidir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...