Qərbi Kaspi Universitetinin təşkilatçılığı ilə Əmək Yarmarkası keçirilib

Qərbi Kaspi Universitetinin təşkilatçılığı ilə Əmək Yarmarkası keçirilib. SİA-nın verdiyi məlumata görə, sərgidə müxtəlif sahələri təmsil edən 50-dən artıq nüfuzlu şirkət iştirak edib.

Yarmarkaya SOCAR, “Holcim”, “Təmiz Şəhər” ASC, “Schlumberger Logelko”, Gilan Holding, Ata Holding, “Bakcell”, “Azercell” kimi şirkətlərlə yanaşı aparacı banklar, sığorta və turizm şirkətləri və s. də qatılaraq vakansiyalarını təqdim ediblər. Sərgi iş axtaranlarla işəgötürənlərin əlaqələndirilməsi baxımdan əhəmiyyətli olub. Yüzlərlə gənc şirkətlərə iş üçün müraciət edib, onların bir çoxu müsahibələrə dəvət edilib. Tədbir çərçivəsində gənclər üçün “Karyera uğurunda bədən dilinin rolu” mövzusunda təlim də təşkil edilib.

Qeyd edək ki, məzunlarının məşğulluq məsələsinə daim diqqətlə yanaşan və bu baxımdan olduqca yüksək nəticələrə sahib olan Qərbi Kaspi Universiteti bu yarmarka ilə ümumilikdə gənclərin işlə təmin olunması istiqamətində daha bir addım atmış olub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...