Paytaxt məktəbində bayram şənliyi

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 81 nömrəli tam orta məktəbdə Novruz bayramı münasibətilə təntənəli bayram tədbiri keçirilib. Təhsil İdarəsindən SİA-ya verilən məlumata görə, tədbirdə BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, məktəb direktorları, müəllimlər, şagirdlər, valideynlər və rayon sakinləri iştirak ediblər.

“Od Çərşənbəsi”nə təsadüf edən tədbir Sabunçu rayonu Zabrat, Kürdəxanı və Pirşağı qəsəbələrini əhatə edib.

Tədbirin keçirilməsində əsas məqsəd Novruz bayramında xalqımızın milli adət-ənənələrinin gələcək nəsillərə ötürülməsinin və milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasının vacibliyini şagirdlərin diqqətinə çatdırmaqdan ibarətdir.

BŞTİ-nin müdiri Məhəbbəd Vəliyeva tədbir iştirakçılarını təbrik edərək, əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz bayramının insanlar arasında birliyin və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam təməlli bir bayram olduğunu deyib.

İdarə müdiri xalqımızın bu günə qədər yaşatdığı, qoruyub gələcək nəsillərə ötürdüyü, müqəddəsləşdirdiyi bu bayramın özündə dünyanın yaranma sirlərini, gələcəyə, xoşbəxtliyə ümidini əks etdirdiyini bildirib.

Daha sonra Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova bayram münasibətilə iştirakçıları təbrik edib. Əsrlər boyu Azərbaycan xalqının bu bayramı qeyd etdiyini, öz qəlbində yaşatdığını qonaqların diqqətinə çatdırıb. İcra başçısının müavini Azərbaycan xalqının müstəqilliyini bərpa etdikdən sonra Novruzu çox geniş şəkildə rəsmi dövlət bayramı kimi qeyd etdiyini söyləyib.

Bayram şənliyində Novruz personajları olan Keçəl və Kosanın məzəli oyunları, Bahar qızın gəlişi tədbir iştirakçılarının marağına səbəb olub.

Tədbirdə şagirdlər baharın təravətli nəfəsini özü ilə gətirən Novruz bayramına aid mahnılar ifa edib, şeirlər səsləndirib, maraqlı səhnəciklə

Bütün xəbərlər Facebook səhifəmizdə