Məktəbəhazırlıq qruplarının fəaliyyəti müzakirə olunub- FOTO

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 62 nömrəli tam orta məktəbdə məktəbəhazırlıq qruplarının fəaliyyəti ilə bağlı görüş keçirilib. Təhsil İdarəsindən SİA-ya verilən məlumata görə, görüşdə BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva, Təlimə Dəstək Mərkəzinin nümayəndələri, məktəb direktoru, müəllimlər, şagirdlər və valideynlər iştirak ediblər.

Görüşün keçirilməsində əsas məqsəd məktəbəhazırlıq qruplarında işin təşkili, müəllimlərdə zəruri bacarıqların formalaşdırıması və onların tədris səviyyəsini yaxından müşahidə etməkdən ibarətdir.

Məhəbbət Vəliyeva çıxışı zamanı məktəbəhazırlıq qruplarının təşkilinin əsas məqsədinin uşaqların birinci sinfə daha hazırlıqlı başlaması, uşaqların dərs prosesinə öncədən alışması və onlarda müəyyən bilik, bacarıq və vərdişlərin formalaşdırılmasından ibarət olduğunu bildirib.

İdarə müdiri məktəbəhazırlıq təhsilinə cəlb olunan uşaqların digərləri ilə müqayisədə tədrisdə daha yaxşı nəticə göstərdiyini də diqqətə çatdırıb.

Görüşdə iştirak edən müəllim və valideynləri maraqlandıran məsələlərə dair suallar cavablandırılıb, mövzu ətrafında müzakirələr aparılıb. İdarə müdiri müzakirə olunan məsələlərlə bağlı müvafiq tapşırıq və tövsiyələrini verib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...