Biznes ideya müsabiqəsi başlayır Tələbələrin nəzərinə

Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, “Kapital Bank” ASC və UNEC-in birgə təşkilatçılığı ilə tələbələr arasında 3-cü “Made in Azerbaijan” biznes ideya müsabiqəsinə start verilir.

Müsabiqənin məqsədi Prezident İlham Əliyevin “Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” imzaladığı Sərəncamın tətbiqinə ali təhsil müəssisələri səviyyəsində dəstək vermək, tələbələr arasında sahibkarlıq fəaliyyətini təbliğ etməkdir.

Müsabiqədə Azərbaycanın bütün ali məktəblərinin tələbələri işirak edə bilər. Müsabiqədə ilk üç yeri tutan tələbələr qiymətli hədiyyələrlə yanaşı, bir həftə Türkiyənin aparıcı universitetlərində fəaliyyət göstərən uğurlu startapların təcrübəsinin öyrənilməsi imkanını əldə edəcəklər.

Biznes ideya fərdi olaraq hazırlanmalı, sərəncama və müsabiqənin missiyasına uyğunlaşdırılmalıdır. Eyni zamanda mövzuya modern, orijinal, kreativ və aktual yanaşma olmalıdır. Layihənin daxili bazarda tətbiqinin reallıq imkanları da nəzərə alınmalıdır.

Biznes ideyaların qəbulu martın 31-dək davam edəcək. Təqdim edilən biznes ideyaları aprelin 1-dən 20-dək ekspert şurası dəyərləndirəcək və finalçılar müəyyənləşdiriləcək. Müsabiqənin final mərhələsi aprel-may aylarında keçiriləcək.

Müsabiqədə iştirak etmək istəyənlər biznes ideyalarını ideya@unec.edu.az elektron ünvanına göndərə bilər. Qeydiyyat zamanı e-ünvanın “mövzu/subject” bölməsində “biznesideya2018” sözü qeyd olunmalıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə