I sinifə qəbul elektron qaydada həyata keçirilə bilər

"2018/2019-cu dərs ilində elektron sistem vasitəsilə I sinfə şagird qəbulunun əhatə dairəsinin genişləndirilməsi bir sıra neqativ halların qarşısını əsaslı şəkildə alacaq, eləcə də valideynlərin işini xeyli asanlaşdıracaq". SİA-nın xəbərinə görə, bunu Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev deyib. Şöbə müdiri bildirib ki, bəzən Azərbaycanın böyük şəhərlərində bir məktəb boş qalır, digərində isə şagird sıxlığı müşahidə olunur: "Bütün ölkə üzrə bu sistem tədricən tətbiq olunacaq. Biz bu il bir neçə şəhərdə pilot layihə formasında həyata keçirəcəyik. Əgər uğurlu olsa, elektron sistemi ölkə üzrə həyata keçirmək niyyətindəyik". Nazirlik rəsmisi vurğulayıb ki, bütün uşaqlar bu sistem vasitəsilə məktəbə qəbul olunduğu halda Təhsil Nazirliyində vahid məlumat bazası da yaradılacaq: "Bu da imkan verəcək ki, idarəetmə ilə bağlı düzgün və çevik qərarlar verilsin".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə