"Yeni kurrikulum əvvəlkindən o qədər də fərqlənmir"

"Bəzən elə qələmə verilir ki, kurikulum ləğv olunur. Ancaq bu, belə deyil". SİA-nın məlumatına görə , bunu Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev deyib.

Onun sözlərinə görə, kurrikulum üzrə dövlət standartları 5 ildən bir qəbul olunur. Ə.Əmrullayev qeyd edib ki, orta ümumtəhsil müəssisələri üçün yeni hazırlanan kurikulum layihəsi artıq ictimai müzakirəyə təqdim olunub: "Hazırda işlər son mərhələdədir. Yəqin ki, yaxın gələcəkdə biz bunu Nazirlər Kabinetinə təsdiq üçün təqdim edəcəyik. Bu layihə hazırkı kurrikulum sənədindən əsaslı şəkildə fərqlənmir. Yeni layihədə də fənlərin sayı, fənlərin saatlarının sayı dəyişilməyib. Sadəcə olaraq dəyərlər sistemi, kompitensiyalar dəyişib".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə