Elmar Qasımov dərsə gecikən tələbələrə hədiyyə verdi

Bakı Ali Neft Məktəbinin rektoru (BANM) Elmar Qasımov Ali Məktəbin tələbələrinin müxtəlif nominasiyalar üzrə qiymətləndirərkən qeyri-adi addım atıb.

BANM-dan SİA-ya verilən məlumata görə, rektor Elmar Qasımov 2 tələbəni – Famil Babayev və Abusupan Adıyevə xüsusi mükafat verəcəyini deyərək onlara zəngli saat hədiyyə edib. Məsələ burasındadır ki, həmin tələbələr BANM-ın dərslərə ən çox gecikən tələbələridir.

Rektor bu zəngli saatlarla tələbələrin bir də heç vaxt dərslərə gecikməyəcəyinə inandığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə