Bakı məktəbliləri vətənə medallarla qayıdıb- FOTO

Paytaxt məktəbliləri Türkiyənin Adana şəhərində cüdo idman növü üzrə keçirilən beynəlxalq turnirdə uğurlu nəticə əldə edib.

Bu barədə SİA-ya Təhsil İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 13 nömrəli tam orta məktəbin VIII sinif şagirdləri Orxan Məcidli və Məhəmməd Məmmədov, X sinif şagirdi İbrahim Şükürov, həmçinin, 52 nömrəli tam orta məktəbin IV sinif şagirdi Rövşən Məmmədov və həmin məktəbin məktəbəhazırlıq qrupunda təhsil alan Əbəlfəz Tarverdiyev yarışda I yerə layiq görülüb.

Turnirdə 13 nömrəli tam orta məktəbin VII sinif şagirdi Sərxan Cəbili II yerə sahib olub. Həmçinin, həmin məktəbin VIII sinif şagirdi Rövşən Hüseynov, eləcə də 21 nömrəli tam orta məktəbin IX sinif şagirdi Hüseyn Məmmədov və 158 nömrəli tam orta məktəbin V sinif şagirdi İsmayıl Əlipənahov III yeri tutub.

Qaliblər medal və diplomla təltif olunub.

Qeyd edək ki, turnirdə Azərbaycan, Türkiyə, Gürcüstan və İran idmançıları iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə