Ərizəsini təsdiq etməyənlər üçün Son şans

Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına elektron ərizə qəbulunun vaxtı ərizələrini doldurmuş, lakin təsdiq etməyən namizədlər bu gün saat 12:00-dək ərizələrini təsdiq edə bilərlər. Bu barədə SİA-ya Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Məlumata görə, bu qərar ərizələrini doldurub lakin təsdiq etməyən namizədlərin sayının çox olması nəzərə alınaraq qəbul edilib.

Qeyd edək ki, 12 fevral saat 17:55-ə olan məlumata əsasən, 12260 bakalavr ərizə doldurub və onlardan 11731 nəfəri öz ərizəsini təsdiq edib.

Elektron ərizələrini Sənəd Qəbulu Komissiyasında (SQK) təsdiq etdirməli olan namizədlərin nəzərinə çatdırırıq ki, SQK 13 fevral saat 12:00-dək fəaliyyət göstərəcək. Ünvan: Yasamal rayonu, Mikayıl Müşviq küçəsi, 1M.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...