Məktəblilər təhlükəsizliklə bağlı maarifləndirilir

Məktəblilər təhlükəsizliklə bağlı maarifləndirilir. Paytaxt məktəblərində fövqəladə hallar zamanı istifadə olunan təhlükəsizlik avadanlıqlarına baxış və məktəblilər üçün təlim keçirilir.

“Məktəblinin dostu” layihəsinin əməkdaşları tərəfindən reallaşdırılan təlimin əsas məqsədi şagirdlərin fövqəladə vəziyyətlərə hazırlığını yoxlanmaq, təxliyyə planlarına nəzər salmaq, eləcə də müvafiq təhlükəsizlik tədbirlərinə və hadisələrə qarşı məktəbliləri psixoloji cəhətdən hazırlamaqdan ibarətdir.

Təlim prosesində məktəblilər bütün növ təhlükəsizlik avadanlıqları ilə tanış olur və onların funksionallığını nəzərdən keçirirlər.

Qeyd edək ki, təlimlər Binəqədi rayonu üzrə 3, Qaradağ rayonu üzrə 139 və 166, Nəsimi rayonu üzrə 5, Nizami rayonu üzrə 12 və 61, Sabunçu rayonu üzrə 72, Xətai rayonu üzrə 63 və 95, Nərimanov rayonu üzrə 45, Yasamal rayonu üzrə 158 nömrəli tam orta məktəblərdə keçirilib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...