Sınaq imtahanlarının sayı artırıldı

Dövlət İmtahan Mərkəzi (DİM) bakalavriat səviyyəsinə qəbulla bağlı bu il sınaq imtahanlarının sayını 2-dən 4-ə çatdırıb. SİA-nın xəbərinə görə, 2017-ci illə müqayisədə sınaq imtahanlarının sayı 2 dəfə artırılıb.

Bu il ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq istəyənlər üçün sınaq imtahanlarının 1, 15, 29 aprel tarixlərində və iyun ayında (1 dəfə) keçirilməsi nəzərdə tutulur. Ali təhsil müəssisələrinə II və III ixtisas qrupları üzrə birinci (yaz) qəbul imtahanı mayın 13-də, I və IV ixtisas qrupları üzrə isə mayın 20-də keçiriləcək.

Qeyd edək ki, ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müraciət edən Azərbaycan vətəndaşlarının iki imtahandan birində iştirakı dövlət büdcəsinin vəsaiti hesabına (pulsuz) olac

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə