Paytaxt məktəbliləri arasında “20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsidir” mövzusunda inşa yazı müsabiqəsi təşkil edilib. SİA-nın xəbərinə görə, müsabiqənin keçirilməsində əsas məqsəd şagirdlərin 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törədilmiş vəhşiliklərin səbəb və nəticələrini daha dərindən öyrənməsinə kömək göstərmək, onlarda belə hadisələrə düzgün rəy vermək bacarığını formalaşdırmaq, vətənpərvərlik hissini yüksəltmək, həmçinin, şagirdlərin yazı bacarıqlarını artırmaqdan ibarətdir.

İnşa yazı müsabiqəsinin nəticələrinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 20 nömrəli məktəb-liseyin şagirdi I, 87 nömrəli tam orta məktəbin şagirdi II yerə layiq görülüb. Humanitar fənlər təmayüllü məktəb-liseyin şagirdi isə III yeri tutub.

Qaliblər diplom və hədiyyələrlə mükafatlandırılıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə