Məktəblilərin fövqəladə hallarla bağlı bilikləri artırılır

Paytaxt məktəbliləri üçün fövqəladə hallarda davranış qaydalarına dair təlimlərə başlanılıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən SİA-ya verilən xəbərə görə, “Ümumtəhsil müəssisələrində baş verə biləcək fövqəladə hallara şagirdlərin fiziki və psixoloji hazırlığı” mövzusunda təlimlər “Məktəblinin dostu” layihəsi çərçivəsində təşkil edilir.

Təlimlərin keçirilməsində əsas məqsəd məktəblilərin fövqəladə hallarla bağlı bilik və bacarıqlarını təkmilləşdirmək, onları müvafiq hadisələrə psixoloji cəhətdən hazırlamaqdir.

Təlimlərdə şagirdlərə fövqəladə hallar zamanı görüləcək zəruri tədbirlər haqqında məlumat verilir, əleyhqaz və digər vasitələrdən istifadə qaydaları izah olunur.

Təlimlərin 2017-2018-ci tədris ili ərzində davam etdirilməsi nəzərdə tutulur.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə