Rus dili səfirləri ADU-da qonaqdır FOTO

Azərbaycan Dillər Universiteti (ADU) və Rusiya Federasiyasının A.S.Puşkin adına Rus dili Dövlət İnstitutu arasında əməkdaşlığa əsasən 11 nəfər rus dili səfiri universitetdə qonaqdır.

ADU-dan SİA-ya verilən məlumata görə, A.S.Puşkin adına Rus dili Dövlət İnstitutunda rus dilinin öyrədilməsi üzrə təlimlər keçən rusiyalı gənclər ADU tələbələrinə rus dili və mədəniyyətinin mənimsənilməsində yardım göstərir. 11 nəfər könüllü 1 həftə müddətində tələbələrlə dərslər təşkil edəcək.

2015-ci ildən həyata keçirilən bu layihə çərçivəsində könüllülər Tacikistan, Moldova, Qırğızıstan, Bəhreyn, Ekvador, Çin, Peru, Portuqaliya və Qazaxıstanda olublar. Bu, layihədə iştirak edən könüllülərin ölkəmizə ikinci səfəridir və onlar ADU ilə yanaşı, şəhərin digər təhsil müəssisələrində də təlimlər keçiriblər. Layihənin məqsədi ölkələrarası dil və mədəniyyət sahəsində mübadiləni həyata keçirməkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə