DİM Direktorlar Şurasının sədri Sumqayıtda vətəndaşları qəbul edəcək

Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə dekabrın 14-də Sumqayıt şəhərində vətəndaşları qəbul edəcək. DİM-dən bildiriblər ki, qəbulda Sumqayıt şəhərinin, Abşeron, Xızı rayonlarının sakinləri, eləcə də bu şəhər və rayonlarda məskunlaşmış Qubadlı, Zəngilan və Şuşadan olan məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbul Sumqayıt şəhəri, Heydər Əliyev Mərkəzində saat 10.00-da başlanacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə