Təhsildən yayınan uşaqların SAYI

Həyata keçirilən tədbirlər nəticəsində 2014-cü ildə 529, 2015-ci ildə 430, 2016-cı ildə 450 uşaq təhsilə cəlb edilib. SİA-nın xəbərinə görə, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq problemləri şöbəsi məlumat açıqlayıb. Məlumata görə, həmin uşaqların çoxu polis orqanları tərəfindən avaraçılıq və dilənçiliklə məşğul olduğu aşkarlanan uşaqlar olub. Qaraçı uşaqların da böyük əskəriyyəti təhsildən kənarda qalır.

Məlumat üçün nəzərinizə çatdıraq ki, 2016-cı ildə polis orqanları tərəfindən avaraçılıq və dilənçiliklə məşğul olan 512, 2015-ci ildə 450, 2014-cü ildə isə 502 uşaq aşkarlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə