Magistraturaya sənəd verənlərin sayı azalıb

Magistraturaya qəbul imtahanlarında bakalavrların ümumi nəticələri ötən tədris ilinə nisbətən 36,3 faiz artıb. SİA-nın Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə görə, ötən illə müqayisədə sənəd verib imtahana gəlməyənlərin sayı 15 dəfə azalıb.

Bildirilib ki, magistraturaya sənəd verənlərin sayının azalmasının bir sıra səbəbləri var. Belə ki, imtahanlar ödənişli olduğundan təsadüfi sənəd verənlərin sayı kəskin azalıb. Sadəcə magistratura səviyyəsində təhsil almaq istəyində qəti olanlar sənəd verib. Sənəd verənlər arasında oğlanların sayında da artım müşahidə olunub. Belə ki, ötən illə müqayisədə magistraturaya qəbul olunan oğlanların sayı 73,6 faiz artaraq 1193 nəfərdən 2771 nəfərə qalxıb. Bunu da daha çox hərbi xidmətdən möhlət hüququnun verilməsi ilə əlaqələndirmək olar”.

Məlum olduğu kimi, bu il SABAH qruplarının ilk buraxılışı olub. 720 nəfər SABAH məzununun yarısı magistraturaya qəbul imtahanlarına qatılıb. İmtahanlarda iştirak edənlərin 80 faizi artıq magistrdir. 219 nəfər yerli, 115 nəfər isə xarici ali təhsil müəssisələrində təhsilini davam etdirəcək.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə