Fransız dili proqramında növbəti mərhələ

Qərbi Kaspi Universitetinin (Qərb Universiteti) Paris Sorbon Universiteti ilə əməkdaşlığı çərçivəsində qurulan Fransız dili Təməl proqramında növbəti kurslara start verilib. SİA-nın verdiyi məlumata görə, Qərbi Kaspi Universiteti Paris Sorbon Universiteti (Əbu Dabi) (PSUAD) ilə əməkdaşlığını davam etdirir.

Əməkdaşlıq çərçivəsində qurulmuş Fransız dili Təməl proqramında bu həftədən etibarən növbəti kursların dərslərinə start verilib.

Məlumat üçün bilidrək ki, bu proqramı müvəfəqiyyətlə bitirmiş tələbələr Paris Sorbon Universitetinin diplomunu əldə edir və bu diplom onlara Fransa universitetlərində təhsillərini uğurla davam etdirmək imkanını yaradır.

Fransanın Azərbaycandakı Səfiri Xanım Oreliya Buşez, Qərbi Kaspi Universitetinin rektoru Andris Leitas, Paris Sorbon Əbu Dabi Universitetinin tərəfdaşlıq məsələləri üzrə məsul şəxsi İmran Muxtarovun və digər qonaqların qatıldığı açılışda proqramın Azərbaycanlı tələbələr üçün mühüm əhəmiyyəti və iki ölkə arasındakı əlaqələrin möhkəmləndirilməsindəki rolu qeyd edildi.

Bütün xəbərlər Facebook səhifəmizdə