Pan Avropa Universitetinin professoru UNEC-də

Slovakiyanın Pan Avropa Universitetinin (Pan-European University) professoru Antonin Koraus “Erasmus+” mübadilə proqramı çərçivəsində UNEC-də səfərdədir. Universitetdən SİA-ya verilən xəbərə görə, UNEC-in Beynəxalq əməkdaşlıq departamentinin rəhbəri Anar Kazımovla professor A.Korausun görüşündə mövcud və gələcək əməkdaşlıq üzrə danışıqlar aparılıb, birgə layihə və proqramların işlənib hazırlanması, UNEC müəllimləri ilə birgə elmi tədqiqatlar aparmaq müzakirə olunub. UNEC-in infrastruktur və tədris prosesinin təşkili ilə tanış olan qonaq məmnun qaldığını bildirərək, birgə əməkdaşlıq üçün bir çox inkişaf perspektivlərinin olduğunu qeyd edib.

Beş gün davam edən səfər çərçivəsində professor UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbi və SABAH qruplarında “Maliyyə sektorunda təhlükəsizlik və saxtakarlıq” və “V4-də (Visegrad Group - Çex Respublikası, Macarıstan, Polşa və Slovakiya) maliyyə strategiyası və marketinqi” mövzularında mühazirə oxuyub. Professor çıxışında beynəlxalq bankçılığın müqayisəli perspektivinə və dolayısı ilə ikitərəfli müxtəlif konsepsiyasına xüsusi diqqət ayırıb.

Sonda auditoriyanın fikrini dinləyən professor A.Koraus UNEC tələbələrinin bilik və bacarığını yüksək qiymətləndirib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə