Ümumi təhsil müəssisələrində çalışan müəllimlərin həftəlik dərs yükünün optimallaşdırılması yolu ilə əməkhaqqının artırılmasını təmin etmək məqsədilə dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin növbəti ildə başa çatdırılması nəzərdə tutulur. SİA-nın xəbərinə görə, bu barədə 2018-ci ilə Azərbaycan Respublikasının büdcə layihəsində nəzərdə tutulub.

Layihədə qeyd olunur ki, respublikanın qalan 26 şəhər və rayonunda, o cümlədən Şəki, Naftalan, Mingəçevir şəhərlərində, Ağstafa, Ağdaş, Ağdam, Balakən, Beyləqan, Bərdə, Zaqatala, Oğuz, Zəngilan, Qaz, Qazax, Qəbələ, Tovuz, Goranboy, Kəlbəcər, Xocalı, Yevlax, Laçın, Tərtər, Füzuli, Xocavənd, Göyçay, Cəbrayıl rayonlarında dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin keçirilməsi nəzərdə tutulub. Bununla bağlı növbəti ilin dövlət büdcəsi layihəsində 70.6 milyon manat vəsait proqnozlaşdırılır.

Müəllif: Nailə Məhərrəmova
loading...